Azərbaycanda yeni kollec yaradıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan
Dövlət Aqrar Universiteti” publik hüquqi şəxsin nəzdində “Gəncə Dövlət Aqrar
Kolleci” publik hüquqi şəxs yaradılıb.
Cixisyolu.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi
aşağıdakılara həvalə edilir:
Nazirlər Kabinetinə publik hüquqi şəxsin yenidən təşkili və ləğv edilməsi;
Kənd Təsərrüfatı Nazirliyinə publik hüquqi şəxsin təsisçisinin
səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həll edilməsi.