Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı

Baxış sayı: 2. 503 dəfə baxılıb.

Bu gündən Daxili İşlər Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılır.

ÇıxışYolu.Com-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnur Niftəliyev deyib.

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanıldı

Onun sözlərinə görə, hazırda sənədlərin qəbulu Bakı şəhərinin bütün “ASAN xidmət” mərkəzlərində və Sumqayıt regional “ASAN xidmət” mərkəzlərində həyata keçirilir:

“Növbəti günlərdə regional “ASAN xidmət” mərkəzlərində yeni nümunəli şəxsiyyət vəsiqələrin verilməsi və dəyişdirilməsi üçün sənəd qəbuluna başlanacaq”.

İlhamə Əbülfət 
www.ÇıxışYolu.Com