Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanır

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanır

Baxış sayı: 2. 154 dəfə baxılıb.

Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanır

Sentyabrın 1-dən etibarən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanacaq.

ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik edilib.

Yeni nəsil şəxsiyyət vəsiqələri təhlükəsizlik nöqteyi-nəzərdən köhnə vəsiqələrdən daha üstün olacaq. Bu vəsiqələrə vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı, ailə vəziyyəti haqqında məlumatlar, habelə şəxsiyyət vəsiqəsi sahibinin biometrik fotosu və digər fərdi göstəriciləri özündə birləşdirən elektron daşıyıcı (çip) yerləşdiriləcək. 

Bu vəsiqələr digər ölkələrin müvafiq orqanları ilə biometrik informasiya mübadiləsinin tənzimlənməsində müstəsna əhəmiyyət kəsb edəcək.

Qeyd edək ki, bundan əvvəlki layihədə yeni nəsil şəxsiyyət vəsiqələrinin 2019-cu ilin yanvarın 1-dən veriləcəyi planlaşdırılmışdı.

www.ÇıxışYolu.Com