Azərbaycanda yeni növ sürücülük vəsiqələri veriləcək

Azərbaycanda yeni növ sürücülük vəsiqələri veriləcək

Baxış sayı: 3. 463 dəfə baxılıb.

Yaxın vaxtlarda Azərbaycanda da beynəlxalq sürücülük vəsiqələrinin verilməsinə başlanılacaq.

Bu sözləri ÇıxışYolu.Com-a açıqlamasında BDYPİ-nin polkovniki Kamran Əliyev Azərbaycanın sürücülük vəsiqələrinin yol hərəkəti haqqında Vyana konvensiyasına 29 mart 2011-ci ildən dəyişiklik edilməsindən sonra tələblərə cavab vermədiyi məsələsi haqqında danışarkən deyib.

K.Əliyev bildirib ki, yeni beynəlxalq sürücülük vəsiqələri tam olaraq konvensiyanın tələblərinə uyğun şəkildə hazırlanıb:

“Həmin sürücülük vəsiqəsində şəxs haqqında olan məlumatlar – ad, soyad və s. eynilə pasportda olduğu kimi yazılacaq. Yəni, Azərbaycan dilinin əlifbasına uyğun formada qeyd olunacaq. Daha doğrusu bu formada yazılacağı nəzərdə tutulur.

Kim istəyirsə, həmin sürücülük vəsiqələrini ala bilər. Almasalar belə milli sürücülük vəsiqələrinin tanınmasına görə, beynəlxalq konvensiyaya üzv olan dövlətlər öz üzərlərinə öhdəlik götürüb. Konvensiyanın tələblərinə dayanaraq vəsiqə hansı formada, standartlarda olacaqsa, ona uyğun da vəsiqələr veriləcək”.

.
www.ÇıxışYolu.Com