06d335f0-5fbb-41d8-b1cd-8ee9ddb9be81..jpg

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə aparılacaq

Baxış sayı: 650 dəfə baxılıb.

Azərbaycanda yük daşımalarının uçotu “AYNA” informasiya sistemi vasitəsilə
aparılacaq

Azərbaycanda yük avtonəqliyyatı üçün elektron yol vərəqinin forması, tətbiqi,
uçotu və istifadəsi qaydaları təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, yük daşıyan avtonəqliyyat vasitəsinin fəaliyyətinin uçotunu
həyata keçirmək üçün tətbiq edilən elektron yol vərəqi əsasında həmin nəqliyyat
vasitəsi ilə görülən işin və sərf edilən yanacağın həcmi müəyyən edilir.

Yükün daşınması məqsədilə avtonəqliyyat vasitəsindən istifadə edilməsi bu
Qaydaların əlavəsində göstərilən formaya uyğun olaraq tərtib edilən yük
avtonəqliyyatı üçün elektron yol vərəqəsi ilə rəsmiləşdirilir. Avtomobil
nəqliyyatı vasitəsilə əmtəə təyinatlı yüklərin daşınmasına görə yük
avtonəqliyyatı üçün elektron yol vərəqini tərtib etmək vergi ödəyicisinin
vəzifəsidir.

Daşınma müqaviləsi, digər qanuni əsaslarla haqq müqabilində və ya özünə məxsus
yüklərin daşınmasını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə
nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar tərəfindən
yüklərin şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili, şəhərətrafı və
rayonətrafı daşınması zamanı elektron yol vərəqi Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin “AYNA” informasiya sistemində yaradılmış “Yük avtonəqliyyatı üçün
elektron yol vərəqi” altsistemində Azərbaycan dilində hazırlanır.

Yük avtonəqliyyatı ilə şəhərlərarası, rayonlararası, şəhərdaxili, rayondaxili,
şəhərətrafı və rayonətrafı yüklərin daşınması zamanı daşıyıcı tərəfindən
elektron yol vərəqi tərtib edilir.

Yük avtonəqliyyatı üçün elektron yol vərəqinin uçotu Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyinin “AYNA” informasiya sistemi vasitəsilə həyata keçirilir.

Elektron yol vərəqinin seriyası və nömrəsi “AYNA” informasiya sistemi
vasitəsilə verilir və təkrarlanmır.

Source link