f2746e68-5f91-4838-835c-70c471bd4c64.webp

Azərbaycanda yük maşını ilə təhlükə saçan sürücü məsuliyyətə cəlb olundu

Baxış sayı: 104 dəfə baxılıb.

“Hərəkətdə olan yük avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti
təhlükəsizliyi qaydalarının pozulmasının əks olunduğu videogörüntü ilə bağlı
sosial mediada yayılan məlumat Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ)
araşdırılıb”.

Bu barədə BDYPİ-dən Cixisyolu.com-ın sorğusuna cavab olaraq məlumat verilib.

Məlumatda deyilir: “Məlum olub ki, həmin videogörüntü Bakı-Quba-Dağıstan
sərhədi avtomobil yolunun Quba rayonunun Zərqava kəndi ərazisindən keçən 148-ci
kilometrliyində digər sürücü tərəfindən qeydə alınıb.

Baş İdarənin YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə 77-JH-901
dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobili ilə sözügedən qayda
pozuntusunu törədən Bakı şəhər sakini Mirzə Sabir oğlu Abdullayev müəyyən
edilib və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub”.

Əzizə İsmayılova

Source link