d74e25af-c7f1-4b0c-b040-603867c37e61..jpg

Azərbaycanda yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən reaksiya – FOTO

Baxış sayı: 467 dəfə baxılıb.

Azərbaycanda yüzlərlə vətəndaşın pulunu alan şəbəkənin əməlinə DİN-dən
reaksiya – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi
vəsaitləri mənimsəyərək, aradan çıxıb”.

Cixisyolu.com-ın məlumatına görə, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə
hesabında yazıb.

O qeyd edib ki, platformada 50 000 manata qədər pulu batan insanlar var:

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir
marketinqinə əsaslanmış pul qazandıran platforma idi.

Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan
pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur.
İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”.

“Vətandaşlarımızı daha çox məlumatlandırmalıyıq ki, heç kim “yüksək faizli
qazanc”dan fayda görməyib. İlkin olaraq şirnikləndirmək üçün hansısa dələduzluq
metodlarından istifadə edilir”, – deyə paylaşıma Daxili İşlər Nazirliyinin
Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev fikir bildirib.

Source link