6ed16012-8a99-470e-85f1-1b6f09f33617..jpg

Azərbaycanda “Zəfər” musiqi və teatr festivalı başlayır

Baxış sayı: 606 dəfə baxılıb.

Azərbaycanda “Zəfər” musiqi və teatr festivalı başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

8 Noyabr – Zəfər Günü münasibətilə cari ilin 22 oktyabr – 8 noyabr
tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr
festivalı keçiriləcək.

Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt
şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra
mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam
edəcək.

Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə
rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik
əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki
şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni
tədbirlərin təşkili nəzərdə tutulub.

Sözügedən tədbirlərə rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri və
qazilərin, Azərbaycan Dövlət Uşaq Filarmoniyasında və Azərbaycan Dövlət Kukla
Teatrında keçiriləcək tamaşalara isə şəhid və qazi övladlarının tamaşaçı
qismində dəvəti planlaşdırılır.

Source link