Azərbaycan ərazisində zəlzələ olub
ÇıxışYolu.Com Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, aprelin 19-da Siyəzəndən 13 kilometr qərbdə, Şabran rayonu ərazisində 3,4 bal gücündə zəlzələ baş verib.
Yeraltı təkanlar yerli vaxtla saat 22:17-də qeydə alınıb.
Zəlzələ episentrdə və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.