Azərbaycanda zərgərlik məmulatlarının istehsalı üçün dəzgahların idxalına
vergi güzəşti uzadılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu ildən Azərbaycanda zərgərlik məmulatlarının istehsalında istifadə olunan
dəzgahların, avadanlıqların və qurğuların idxalı daha üç il müddətinə əlavə
dəyər vergisindən (ƏDV) azad edilib.
Bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.
Dəyişikliyə əsasən, Azərbaycanda qızıldan və gümüşdən hazırlanan zərgərlik
məmulatlarının istehsalı və emalı işlərinin görülməsi məqsədilə müvafiq qurumun
təsdiqedici sənədi əsasında dəzgahların, avadanlıqların və qurğuların idxalına
tətbiq edilən ƏDV-dən azadetmənin müddəti 2027-ci il yanvarın 1-nə kimi davam
edəcək.
Bu güzəşt 2021-ci il yanvarın 1-dən üç il müddətinə nəzərdə tutulmuşdu.
Ölkədə ƏDV dərəcəsi 18% təşkil edir.