969e3f1e-921c-43e4-aa1f-cdf283014e9d..jpg

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Orxan Əsgərovun yas mərasimində iştirak ediblər – FOTO

Baxış sayı: 725 dəfə baxılıb.

Azərbaycandakı dini konfessiyaların rəhbərləri Orxan Əsgərovun yas mərasimində
iştirak ediblər – FOTO

Azərbaycanda olan dini konfessiyaların rəhbərləri ölkəmizin İrandakı
səfirliyinə edilən terror hücumu zamanı şəhid olan baş leytenant Orxan
Əsgərovun yas mərasimində iştirak ediblər.

Cixisyolu.com xəbər verir ki, yanvarın 30-da Qafqaz Müsəlmanları İdarəsinin sədri
Şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol
nunsisi arxiyepiskop Marek Solçinski, Alban-Udi Xristian Dini İcmasının sədri
Robert Mobili, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev
şəhidin yas mərasiminə qatılıblar.

Dini rəhbərlər mərhumun ruhuna dualar oxuyublar, yaxınlarına başsağlığı
veriblər.

Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində
Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı
avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi
Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.

Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri
Bakıya təxliyə olunub. Eyni zamanda diplomatik nümayəndəliyin fəaliyyəti tam
dayandırılıb.

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan
O.Əsgərov yanvarın 30-da İkinci Şəhidlər xiyabanında dəfn edilib.

Könül Cəfərli

Source link