a9c899eb-54f9-42fa-8050-d327ceff665b..jpg

Azərbaycandakı valyuta mübadiləsi məntəqələrinə altı ay vaxt verilib

Baxış sayı: 585 dəfə baxılıb.

Azərbaycandakı valyuta mübadiləsi məntəqələrinə altı ay vaxt verilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə fəaliyyət göstərən beş valyuta
mübadiləsi məntəqəsinə minimum nizamnamə kapitalının formalaşdırılması, habelə
girov vəsaitinin məbləğinin yerləşdirilməsi üçün altı ay vaxt verib.

AMB-dən bildirilib ki, bu tələblər dekabrın 23-də qüvvəyə minmiş “Valyuta
mübadiləsi fəaliyyətinə lisenziyanın (lisenziyanın əlavəsinin) alınması üçün
ərizə forması” və “Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün
nizamnamə (şərikli) kapitalının minimum miqdarı, girov vəsaitinin məbləği və
geri alınmasına dair rəyin forması ilə bağlı Tələblər”də müəyyən olunub.

“Dəyişikliklərin əsas məqsədi valyuta mübadiləsi əməliyyatlarının daha
institusional, təşkilatlanmış və təhlükəsiz qaydada həyata keçirilməsi üçün
hüquqi bazanın yaradılmasından ibarətdir. Qanunvericiliyə əsasən valyuta
mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın
alqı-satqısının yalnız nağd qaydada və fiziki şəxs müştərilərin sifarişi ilə
həyata keçirilməsi mümkündür.

Yeni tələblərə əsasən, valyuta mübadiləsi xidmətlərini təqdim edəcək hüquqi
şəxslər üzrə kapital tələbinin regional differesiallaşdırılması aparılıb, Şərqi
Zəngəzur və Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərində
əhalinin maliyyə xidmətlərinə əlçatanlığının təmin edilməsi məqsədlərinə uyğun
olaraq bu fəaliyyətin həmin ərazilərdə təşkili üzrə müvafiq kapital tələbləri
minimal səviyyədə müəyyən edilib. Həmçinin, girov vəsaitinə dair tələblər də
yenilənərək, minimum nizamnamə kapitalının 10 %-i məbləğində müəyyən edilib”, –
məlumatda deyilir.

Bundan əlavə, Qayda ilə valyuta mübadilə məntəqələri üzrə təşkilati, texniki
təchizat və təhlükəsizlik tələbləri yenilənmiş, cinayət yolu ilə əldə edilmiş
əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı
mübarizə üzrə daxili nəzarət proqramları üzrə əlavə tələb irəli sürülüb, digər
bir sıra yeni tələblər müəyyən edilib.

Source link