Azərbaycandan 77 nəfər dünyanın ən nüfuzlu universitetlərinə qəbul olub –
Nazir AÇIQLADI – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Xaricdə təhsil üzrə dövlət proqramı çərçivəsində dünyanın ən qabaqcıl
universitetlərinə qəbul olunan yerli tələbələrin sayında xeyli artım var”.
Cixisyolu.com xəbər verir ki, bu fikirləri “Ən yaxşı təqdimat” müsabiqəsinin
mükafatlandırma mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev
deyib
O bildirib ki, 220 nəfər sənəd verən Azərbaycan vətəndaşından 77-si dünyanın
top-10 universitetinə daxil olub.
“Dünyanın tanınmış universitetlərinə – Harvard və digər nüfuzlu ali təhsil
müəssisələrinə tam təqaüdlə qəbul olan tələbələr və məzunlarımız var.
Nazirliyin qarşısında duran ən önəmli iş Azərbaycan vətəndaşı olan yeni nəsil
gənclərin uğurlu yetişdirilməsidir”.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli