Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

Baxış sayı: 2. 391 dəfə baxılıb.

Azərbaycandan Avropaya narkotik keçirmək istəyənlər saxlanılıb

Külli miqdarda narkotik vasitənin Avropaya daşınmasının qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən ÇıxışYolu.Com-a verilən məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İrandan Danimarkaya “İşıqlandırma avadanlıqları” yükü aparan, İran İslam Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsi Astara Gömrük İdarəsi Yük Şöbəsinin idxal nəzarət xəttində saxlanılıb və nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Aparılan yoxlama nəticəsində qoşqunun təkərlərinin arasındakı üç ədəd oxun içərisindən gömrük nəzarətindən gizlədilən, qablaşdırma ilə birlikdə ümumi çəkisi 49 kiloqram 200 qram təşkil edən kəskin iyli, tünd qəhvəyi rəngli narkotik vasitə – tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

www.ÇıxışYolu.Com