Azərbaycandan Kemerovaya 2 tona yaxın humanitar yardım göndərilib.
ÇıxışYolu.Com Vesti.ru -ya istinadla xəbər verir ki, əsasən yardım ərzaqdır.
Yardımı Heydər Əliyev Fondu göndərib.
Xatırladaq ki, “Qış albalısı” ticarət mərkəzində martın 25-də yanğın baş verib. Nəticədə 64 nəfər həyatını itirib. Ölənlərdən 41-i uşaqdır.