9dbfe0ab-2d75-4ae4-bc1d-1e482e1fbfd8..jpg

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb – FOTO

Baxış sayı: 757 dəfə baxılıb.

Azərbaycandan Gürcüstana qanunsuz keçmək istəyən Nigeriya vətəndaşı saxlanılıb
– FOTO

Yanvar ayının 2-də saat 21:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX)
Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin Balakən rayonunun Poçtbinə
kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində
Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən
bir nəfər – Nigeriya vətəndaşı saxlanılıb.

Bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxsin ölkə ərazisinə rəsmi qaydada
gəlməsi, dövlət sərhədini pozaraq Azərbaycandan Gürcüstana, oradan isə Avropa
ölkələrindən birinə miqrasiya etmək niyyətində olduğu müəyyən edilib.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

Source link