3c7ad548-4e56-495d-9e5d-e90ed19e2959..jpg

Azərbaycandan növbəti humanist addım: Kömək istəyən mülki erməni sülhməramlılara təhvil verilib – VİDEO

Baxış sayı: 1. 112 dəfə baxılıb.

Azərbaycandan növbəti humanist addım: Kömək istəyən mülki erməni
sülhməramlılara təhvil verilib – VİDEO

Bir neçə gün bundan əvvəl Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan
ərazidən mülki erməni sakin Azərbaycan Ordusunun postlarının birinə
yaxınlaşaraq kömək istəyib, ac olduğunu, üşüdüyünü və siqaret istədiyini
bildirib.

Cixisyolu.com xəbər verir ki, Qarabağın erməni sakininə yemək, siqaret verilib, ona
qayğı ilə yanaşılıb.

Bu gün isə Şuşada Xankəndi-Laçın yolu üzərindəki aksiya yerində həmin dinc
erməni sakin Xankəndiyə yola salınıb.

Qeyd edək ki, bu fakt bir daha Azərbaycanın humanist mövqeyini, aksiyanın dinc
xarakter daşıdığını, yolun humanitar məqsədlər üçün açıq olduğunu nümayiş
etdirib.

Digər tərəfdən isə erməni sakininin kömək üçün müraciəti Qarabağda Ruben
Vardanyanın girovuna çevrilmiş 25-30 min nəfərlik erməni əhalisinin hansı
vəziyyətdə saxlandığının, onların xoşbəxt həyatının, təhlükəsizliyinin ancaq və
ancaq Azərbaycan dövlətindən asılı olmasının nümunəsidir.


Source link