Azərbaycandan qanunsuz şəkildə Rusiyaya getmək istəyən pakistanlılar
saxlanılıblar – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Noyabrın 21-də saat 13:35-də Qusar rayonunun Zuxul kəndi yaxınlığında yerləşən
sərhəd zastavasının xidməti ərazisində Pakistan İslam Respublikası vətəndaşları
1974-cü il təvəllüdlü Majeed Abdul Muhammad, 1979-cu il təvəllüdlü Muhammad
Yaseen Ali, 2004-cü il təvəllüdlü Abu Bakar Ahsan ve 2008-ci il təvəllüdlü
Ullah Ubaid Ahsan Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində
dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar.
Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.
Araşdırma zamanı saxlanılan əcnəbi vətəndaşların ölkə ərazisinə rəsmi qaydada
gəlmələri, dövlət sərhədini pozaraq Azərbaycan Respublikasından Rusiya
Federasiyasına, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək
niyyətində olduqları müəyyən edilib.
Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.