69be2761-f650-4661-81a5-26be368c71bd..jpg

Azərbaycandan Türkiyəyə müasir modul tipli daha beş ədəd fərdi yaşayış evi göndərilib – FOTO

Baxış sayı: 1. 067 dəfə baxılıb.

Azərbaycandan Türkiyəyə müasir modul tipli daha beş ədəd fərdi yaşayış evi
göndərilib – FOTO

Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış və hər cür məişət
şəraiti ilə təmin olunmuş müasir modul tipli beş ədəd fərdi yaşayış evi
Türkiyəyə yola salınıb.

“Report”un Şimal bürosu xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələdən
zərərçəkənlərə dəstək məqsədilə Xaçmaz rayonunda həyata keçirilən humanitar
yardım kampaniyası davam edir.

Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 2 otaqlı belə evlərin hər
birində 12 nəfərin yaşaması üçün lazımi şərait yaradılıb.

Zəlzələdən zərərçəkənlərə yardım aksiyasında Xaçmaz sakinləri, sahibkarlar və
könüllülərdə də fəal iştirak edir.

Qardaş ölkəyə toplanan əşyalar arasında qış paltarları, yataq dəstləri,
müxtəlif ərzaq və sənaye məhsulları, dərman preparatları, qızdırıcılar,
generatorlar ərzaq, su, və digər qida məhsulları çoxluq təşkil edib.

Vətəndaşlar tərəfindən gətirilən yardımlar könüllülər tərəfindən
qablaşdırılaraq avtomobillərə yüklənib və qardaş ölkəyə göndərilib.

Qeyd edək ki, Xaçmaz rayonundan bu günədək qardaş ölkəyə 10-a yaxın yardım
avtomobili yola salınıb.

Source link