9a3eb601-bb4b-4d5a-aefb-7e86bb36f49e..jpg

Azərbaycandan Türkiyəyə qaz nəqli beşgünlük dayandırılacaq

Baxış sayı: 599 dəfə baxılıb.

Azərbaycandan Türkiyəyə qaz nəqli beşgünlük dayandırılacaq

Azərbaycan təbii qazının Cənubi Qafqaz boru kəməri vasitəsilə Türkiyəyə nəqli
beş gün müddətinə dayandırılacaq.

Bu barədə Türkiyənin boru kəməri operatoru BOTAŞ-ın bəyanatında deyilir.

Məlumata görə, buna səbəb sözügedən qaz kəmərində nəzərdə tutulan texniki
xidmət və təmir işləridir.

Bildirilir ki, “Azerbaijan Gas Supply Company Limited” və Cənubi Qafqaz Boru
Kəməri Şirkəti ilə razılığa əsasən, planlaşdırılan təmir işləri ilə əlaqədar
sentyabrın 25-dən 29-dək olan müddətdə Türkgözü giriş məntəqəsindən Türkiyənin
milli qazpaylayıcı şəbəkəsinə təbii qazın verilməsi mümkün olmayacaq.

Türkiyə şirkəti qeyd edir ki, planlı texniki xidmət və təmir işləri zamanı
milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansında hər hansı problem
gözlənilmir.

Mənbə: Enerji Günlüğü

Source link