Azərbaycandan Türkiyəyə sürət yolu ilə

Azərbaycandan Türkiyəyə sürət yolu ilə

Baxış sayı: 2. 418 dəfə baxılıb.

Azərbaycandan Türkiyəyə sürət yolu ilə

Yaponiya Azərbaycandan başlayaraq, bütün Gürcüstanı əhatə edən və Türkiyə sərhədinədək uzanan magistral yolun inkişafı üçün 343 milyon dollar ayıracaq.

ÇıxışYolu.Com Gürcüstan KİV-ə istinadla xəbər verir ki, bununla bağlı müqavilə bu gün Tbilisidə imzalanıb. 

Söhbət dağlıq Rikotsk aşırımından keçən yoldan gedir ki, burada da körpülər və tunellər tikiləcək. Gürcüstanda E-60 sürət yolu Azərbaycan sərhədindən başlayır və Qara dəniz sahillərində, Poti limanı yaxınlığında başa çatır. 

Gürcüstan ərazisində dəhlizin uzunluğu 392 kilometrdir. Layihənin 2020-ci ilin sonlarında yekunlaşdırılması planlaşdırılır. 

Ə.Ş.
www.ÇıxışYolu.Com