afe99f73-058e-44b8-8319-0022f4a550d8..jpg

Azərbaycandan xaricə gedən turistlərin sayı artıb: İstiqamətlər açıqlandı

Baxış sayı: 868 dəfə baxılıb.

Azərbaycandan xaricə gedən turistlərin sayı artıb: İstiqamətlər açıqlandı

2022-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı
2021-ci illə müqayisədə 50% artaraq 1 489,5 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, vətəndaşların 44%-i Türkiyəyə, 18%-i Rusiyaya, 13,6%-i İrana,
8,6%-i Gürcüstana, 15,8%-i digər ölkələrə səfər edib. Səyyahların 64,2%-ni
kişilər, 35,8%-ni qadınlar təşkil edib.

İrana gedənlərin sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,7 dəfə, Türkiyəyə
gedənlərin sayı 1,4 dəfə artıb.

Rusiyaya gedənlərin sayında isə 12,9% artım müşahidə olunub.

Source link