9f2d9c99-a4d6-4192-83ed-70c4dd7991f9..jpg

Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsinin imzalanmasından 195 il keçir – VİDEO

Baxış sayı: 863 dəfə baxılıb.

Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsinin imzalanmasından 195 il keçir
– VİDEO

10 fevral 1828-ci ildə Təbriz yaxınlığındakı Türkmənçay kəndində imzalanmış
Türkmənçay sülh müqaviləsi İran ilə Rusiya imperiyası arasında bağlanıb.

Müqaviləyə əsasən, Gülüstan sülhündə Rusiyaya keçən ərazilərdən başqa İran
İrəvan, Naxçıvan və Talış xanlığının özlərində qalmış hissəsinin də Rus
imperiyasının ərazisi olduğunu qəbul edirdi.

İki imperiya arasında sərhəd kimi Araz çayı qəbul edilirdi. Rusiyaya keçən
torpaqlar hazırkı Ermənistan Respublikasının ərazisini, Naxçıvan Muxtar
Respublikasının ərazisini, Azərbaycan Respublikasının cənub bölgəsinin bir
hissəsini və indiki Türkiyə Cümhuriyyətinin ərazisi olan İğdır bölgəsini əhatə
edirdi.

Müqaviləni İran tərəfindən vəliəhd şahzadə Abbas Mirzə və Fətəli şahın
nümayəndəsi Allahyar xan Əsəf əl-Dövlə, Rusiya tərəfindən isə general İvan
Paskeviç imzalayıb. Gülüstan müqaviləsində olduğu kimi, bu müqavilə də
Rusiyanın qəti qələbəsi ilə bitən müharibədən sonra imzalanıb və bütün şərtlər
Rusiya tərəfindən diktə edilib. Hətta general Paskeviç İran nümayəndələrinə
bildirib ki, Rusiyanın təklif etdiyi şərtlərlə razılaşmazsa, rus ordusu Tehranı
tutacaq.

Gülüstan və Türkmənçay müqavilələrinin imzalanması ilə Rusiya Cənubi Qafqazın
və Şimali Qafqazın bir hissəsinin işğalını sonlandırıb.

Rusiya tərəfindən işğal olunan ərazilər 1918-1920-ci illər istisna olunmaqla
bir də 1991-ci ildə müstəqil olub.


Source link