Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

Baxış sayı: 2. 622 dəfə baxılıb.

Günü-gündən maraqlı xidmət sahələrinin inkişafı ilə bizi sevindirən ölkəmizdə daha bir yeniliyə imza atıblar.

Bu yeniliyə ən çox evdə əlini ağdan-qaraya vurmaq istəməyən xanımlar, iş yerində olarkən nahardan öncə “Görəsən, bu gün nə yeyim” sualı ilə qarşı-qarşıya gələnlər sevinəcək.

Yuxarıda da dediyimiz kimi, bu yenilik ən çox iş adamları, iş xanımlarının və valideynlərindən uzaqda yaşayan tələbələrin işinə yarayacaq. Onlar boş bir mədənin, dolu bir başı boşalda biləcəyini yaxşı bilir.

Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

Elə sözügedən yenilik bilavasitə mədə ilə əlaqədardır. 

Belə ki, ölkəmizdə bir çox xidmət sahəsinə yaxşı vəsaitlər xərclənsə də, indiyədək onlayn yemək çatdırılma xidməti ilə qarşımıza çıxan olmamışdı.

Bu missiyanı isə artıq Metbexler.az saytı həyata keçirməyə başlayacaq.

Qısa müddətdir fəaliyyətə başlayan saytın komandası onlayn sifarişlərinizi qəbul edib, vaxtında ünvanınıza çatdırılmasını təmin edəcəklər.

İndi isə məsələnin detallarına keçək…

Metbexler.az özündə 40-dan çox restoranı birləşdirir. Bu restoranlarda bişən dadlı və iştahartırıcı təamları sifariş etmək çox asandır.

Bunun üçün ilk növbədə saytdan qeydiyyatdan keçmək lazımdır.

Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

Qeydiyyatı tamamladıqdan sonra mobil nömrənizə gələn kodu təsdiqləməklə Metbexler.az ailəsinin bir üzvünə çevrilirsiniz.

Axtarış bölməsinə istədiyiniz restoranın adını daxil edib, menyudan sifariş etdiyiniz yeməyi seçə bilərsiniz. 

Bütün bunlardan öncə restoranın sizin yaşadığınız əraziyə çatdırılma xidmətinin olub-olmamasını mütləq yoxlayın.

Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

Əgər sifariş etdiyiniz ərazi restoranın xidmət sahəsi xaricindədirsə, bu, sifariş zamanı nəzərinizə çatdırılacaq.

Bakı və Bakının rayonlarə əhatə edən çatdırılma xidmətinin iş saatı restoranlara görə dəyişir.

Çatdırılmanın müştərinin istəyinə uyğun və vaxtında yerinə yetirilməsi üçün Metbexler.az komandasının peşəkar üzvləri missiya yekunlaşanadək müştərilərlə danışır və maraqlanırlar.

Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

(012) 499 72 43 nömrəsi müştəriləri mütəmadi olaraq saytın yenilikləri ilə tanış edir, eyni zamanda, təkliflərinizi və iradlarınızı gözləyir.

Xidmət sahəsinə daxil olan restoranlarda peşəkar şeflərin bişirdiyi yeməklər və şirniyyatlar bihuşedici dadı ilə sizi valeh edəcək. 

Metbexler.az  vaxtınıza qənaət etməyinizə kömək olacaq. Heç bir yerə getmədən asanlıqla yeməyinizi sifariş edərək, dadlı yeməyin keyfini çıxara bilərsiniz.

Azərbaycanın ən “dadlı” saytı fəaliyyətə başladı

Yanında kompüter olmayanlar isə saytın mobil tətbiqini telefona yükləyərək asanlıqla sifariş verə bilər.

Metbexler.az dünya mətbəxini evinizə gətirəcək!

www.ÇıxışYolu.Com