8b8eaf96-4095-44fc-b171-fa5bb5cee9a3.jpg

Azərbaycanın ən yaxşı tank bölüyü

Baxış sayı: 34 dəfə baxılıb.

2024-cü ilin döyüş hazırlığı planına əsasən, Quru Qoşunlarında “Ən yaxşı tank
bölüyü” adı uğrunda yarış keçirilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə
də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən yarışda tank
bölmələrinin döyüş hazırlığı yoxlanılıb.

Hərbi qulluqçulara sıra baxışı keçirildikdən sonra onlardan taktiki və fiziki
hazırlıq üzrə məqbullar qəbul olunub. Həmçinin gündüz və gecə vaxtı atış və
sürücülük üzrə çalışmalar yerinə yetirilib.

Yarışın yekununda “Ən yaxşı tank bölüyü” adına layiq görülən bölmə müəyyən
edilib.

Azərbaycanın ən yaxşı tank bölüyü
Azərbaycanın ən yaxşı tank bölüyü

Source link