5f61ca96-5e22-47f9-a48f-7332475e4078.jpg

Azərbaycanın 4 boksçusu dünya birinciliyində 1/4 finala yüksəlib

Baxış sayı: 194 dəfə baxılıb.

Monteneqronun Budva şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/8
final mərhələsinə start verilib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından məlumat
verilib.

Bildirilib ki, bu mərhələdə rinqə çıxan Azərbaycan millisinin 4 boksçusu
çıxışını qələbə ilə yekunlaşdırıb.

Bilalhəbaşi Nəzərov (48 kq) Jair Bonillanı (Ekvador) sınağa çəkib. Yığma üzvü
hər 3 raundu aktivinə yazaraq, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, 30:26)
hesabı ilə məğlub edib. O, növbəti görüşündə Angel Sober Ruislə (Kuba)
döyüşəcək.

Zidan Hümbətov (51 kq) da mübarizəni 1/4 finalda davam etdirəcək. Boksçumuz
Mateuş Şoçarja (Polşa) 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27) hesabı ilə qalib
gəlib. Z.Hümbətovun növbəti rəqibi Meroj Sufijonov (Tacikistan) olacaq.

Ömər Aslanlı (54 kq) qazaxıstanlı Bayirjan Muratova gücünü göstərib. O, 4:1
(28:28, 29:27, 27:29, 29:27, 28:28) hesabı ilə qələbə qazanıb. Boksçumuz 1/4
finalda Sobirjon Tastanovu (Özbəkistan) sınağa çəkəcək.

Əli Abdullayev (63,5 kq) ardıcıl 3-cü görüşünü də aktivinə yazıb. O, 1/8
finalda Ruslan Qafurovu (Tacikistan) mübarizədən kənarlaşdırıb – 5:0 (29:28,
29:27, 29:28, 29:28, 29:28). Abdullayev növbəti döyüşündə Emmanouil Fotiadislə
(Yunanıstan) üz-üzə gələcək.

Qeyd edək ki, millimizin daha 3 boksçusu 1/8 final görüşünə çıxacaq.

Source link