7aa56d17-3396-474d-be8a-43f8404c68bd..jpg

Azərbaycanın ağırlıqqaldıranı Dünya Kubokunda qüvvəsini sınayıb

Baxış sayı: 722 dəfə baxılıb.

Azərbaycanın ağırlıqqaldıranı Dünya Kubokunda qüvvəsini sınayıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın daha bir ağırlıqqaldıranı Əli Şükürlü Tailandın Phuket şəhərində
keçirilən Dünya Kubokunda mübarizə aparıb.

Cixisyolu.com-ın məlumatına görə, 102 kq çəki dərəcəsində çıxış edən idmançı C
qrupunda qüvvəsini sınayıb.

O, toplam 377 kq (167+210) nəticə göstərib. Şükürlünün yekun sıralamadakı yeri
yuxarı qruplardakı yarışlar başa çatandan sonra müəyyənləşəcək.

Qeyd edək ki, Dünya Kuboku aprelin 11-də başa çatacaq. Azərbaycan millisi
Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli son turnirdə beş
idmançı ilə təmsil olunur. Daha əvvəl Nazilə İsmayılova (45 kq), Ömər Cavadov
(73 kq) və İsa Rüstəmov (73 kq) “körpücük” üzərinə çıxıblar.

Source link