c77090a9-64bb-43b9-a50f-93474c61a60b.jpg

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədən geri qayıdıb

Baxış sayı: 268 dəfə baxılıb.

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının
söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar
Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi
Azərbaycana qayıdıb.

Cixisyolu.com xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə
tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla – Ula, Bolu –
Gerede, Uşak – Eşme, Akhisar – Taşkuyucak, Balıkesir – Edremit, Manisa –
Alaşehir, İzmir – Urla, Berqama, Foça, Əliağa, Kemalpaşa – Kamberler
istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:

“Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına
ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək
peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli
şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat
14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.”

Azərbaycanın amfibiya təyyarəsi Türkiyədən geri qayıdıb
Azərbaycanın amfibiya təyyarəsi Türkiyədən geri qayıdıb

Source link