8c8c1652-10f5-439b-b377-0b278749c478..jpg

Azərbaycanın aparıcı şahmatçıları millidən kənarda qala bilərlər

Baxış sayı: 934 dəfə baxılıb.

Azərbaycanın aparıcı şahmatçıları millidən kənarda qala bilərlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın aparıcı şahmatçıları 2024-cü ildə milli komandaya düşməyə
bilərlər.

FİDE-nin vitse-prezidenti Mahir Məmmədov bildirib ki, Azərbaycan milli
komandasının oyunçuları arasında klassik şahmat üzrə təcrübənin olmaması
komandanın səviyyəsinə mənfi təsir göstərir.

Bununla bağlı qərara alınıb ki, milli komanda üzvləri noyabrın 1-dən iyulun
1-dək ən azı 18 klassik oyun keçirməlidir.

Bu, son vaxtlar klassik partiyaları çox az oynayan ölkənin aparıcı
qrossmeysterləri Teymur Rəcəbov və Şəhriyar Məmmədyarovun komandadan kənarda
qalması ilə nəticələnə bilər.

Məsələn, Rəcəbov sonuncu dəfə demək olar ki, bir il əvvəl klassik oyun keçirib.

Mənbə: Sputnik

Source link