5ed70f6a-0452-4919-b6f6-65f6f2f17229..jpg

Azərbaycanın “Avroviziya 2023” üçün namizədi artıq seçilib? – AÇIQLAMA

Baxış sayı: 1. 115 dəfə baxılıb.

Azərbaycanın “Avroviziya 2023” üçün namizədi artıq seçilib? – AÇIQLAMA

İctimai Televiziya (İTV) “Avroviziya 2023” mahnı müsabiqəsi ilə bağlı yayılan
şayiələrə münasibət bildirib.

Televiziyadan APA-nın sorğusuna cavab olaraq nümayəndə heyətinin mətbuat
katibi İlahə Dadaşova bildirib ki, yayılan söhbətlər finala vəsiqə qazanmış
iştitakçılara qarşı hörmətsizlikdir: “Əvvəla qeyd etmək istərdim ki, bu
iddialara cavab verməyimizin əsas məqsədi final mərhələsinə seçilən ifaçılara
qarşı hörmətsizliyə biganə qalmamaqdır. Seçilmiş 5 iştirakçı təqdim etdiyi
musiqi və ifası sayəsində bu mərhələyə çatıb.

Tam yanlış olaraq artıq qalibin seçildiyi iddia edilsə də, bildiririk ki,
final mərhələsi məhz bu günlərdə keçirilir və bu prosesin gedişatı barədə
məlumatların tezliklə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.

Seçim prosesinə mənfi təsir etməyəcək bütün məlumatları yaxın günlərdə
paylaşacaq, finalçıların adlarını açıqlayacağıq. Bir az səbirli olmağınızı
xahiş edirəm”.

“Avroviziya 2023″ Azərbaycan nümayəndə heyətinin musiqi prodüseri Eldar
Qasımov isə builki Avroviziya təmsilçimizin hələ bəlli olmadığını qeyd edib:
“Bu qərar verilməzdən əvvəl yerli və beynəlxalq musiqi aləmindən təcrübəli
insanların rəyləri öyrəniləcək. Sağlam rəqabəti təmin etmək üçün bütün
finalçıların mahnılarını bir neçə gün əvvəl eyni studiyada, eyni şəraitdə
yazdırmışıq”.

Nümayəndə heyətinin rəhbəri Vasif Məmmədovun sözlərinə görə, komanda
üzvlərinin müsabiqəyə müraciət etmiş ifaçı və bəstəkarlarla tanışlığının seçim
prosesinə heç bir təsiri yoxdur:

“Eldar Qasımov və Ömər Əbdülkərimov illərdir musiqi sahəsində çalışırlar və
onların bu sahədə həm dostları, həm yaxın həmkarları var. Bu, təbii bir haldır.
Amma qeyd etməliyəm ki, Avroviziya heyətinin üzvlərindən heç biri müsabiqədə
iştirak edən hər hansı ifaçının meneceri deyil və olmayıb. Böhtan xarakterli
məlumatları yayanlara isə vaxtlarını və enerjilərini yaradıcılığa yönəldib,
şöhrət qazanmağı arzu edirəm”.

Qeyd edək ki, bu günlərdə Azərbaycanı “Avroviziya”da təmsil etmək üçün
müraciət edən namizədlərdən biri Rauf Kingsley seçim turlarından narazı olması
barədə açıqlama verib.

O, Azərbaycan deleqasiya nümayəndələrini göndərilən heç bir sənətçinin
mahnılarını dəyərləndirilməməkdə ittiham edib.

İfaçının sözlərinə görə, artıq “Mamagama” adlı qrup qalib olaraq seçilib. Rauf
Kingsley seçimin yenidən aparılmasını tələb edib:

“Shortlist”in yenidən yaradılmasını şəffəf və açıq şəkildə ən layiqli
sənətçinin və mahnının, ədalətli seçilməyini tələb edirəm”.

Source link