“Avroviziya” Mahnı Müsabiqəsində Azərbaycanın nümayəndə heyətinin rəhbəri
dəyişib.
Cixisyolu.com xəbər verir ki, bu barədə İctimai Televiziya və Radio Yayımları
Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, nümayəndə heyətimizin yeni rəhbəri vəzifəsinə tanınmış aparıcı,
hazırda “Avroviziya”da Azərbaycan nümayəndə heyətinin mətbuat xidmətinin
rəhbəri Nurlana Cəfərova təyin olunub.
Məlumat üçün qeyd edək ki, Nurlana Cəfərova 2006-cı ildən televiziya və radio
sahəsində fəaliyyət göstərir.
Əvvəllər o, 2014-2016-cı illərdə 106 FM radiosunun direktoru, 2017-2020-ci
illər ərzində Azərbaycan Televiziyasının Musiqi və Əyləncəli Proqramlar
Redaksiyasının baş redaktoru vəzifələrində, daha sonra İctimai Televiziyada
aparıcı vəzifəsində çalışıb.
Digər dəyişikliyə görə, İctimai TV-nin Beynəlxalq Əlaqələr Departamentinin
direktoru Maksim Tsurkova yeni səlahiyyət verilib.
Belə ki, o, həm də “Avroviziya” layihəsi üzrə Şirkətin Baş Direktorunun
müşaviri vəzifəsini icra edəcək.