472ab581-c827-44d5-bdbf-5f1d8cf207b3..jpg

Azərbaycanın axtarışa verdiyi şəxslər Rusiyadan gətiriliblər, bir nəfər qarşı tərəfə təhvil verilib

Baxış sayı: 570 dəfə baxılıb.

Azərbaycanın axtarışa verdiyi şəxslər Rusiyadan gətiriliblər, bir nəfər qarşı
tərəfə təhvil verilib

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər
haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə əsasən Baş
Prokurorluğun vəsatətləri Rusiyanın Baş Prokurorluğu tərəfindən təmin olunaraq
Azərbaycan vətəndaşları – Gülnarə Xəlilova, Cavanşir Rüstəmzadə və Vüsal
Quliyev ölkəmizə ekstradisiya ediliblər.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Belə ki, qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda mənimsəmədə
təqsirləndirilən Gülnarə Xəlilovanın və informasiya texnologiyalarından
istifadə etməklə oğurluqda təqsirləndirilən Cavanşir Rüstəmzadənin istintaqdan
qaçıb gizləndiklərinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən
oğurluqda təqsirləndirilən Vüsal Quliyev isə məhkəmə istintaqından yayındığına
görə barələrində beynəlxalq axtarışa elan olunub.

Həmin şəxslər Rusiya ərazisində saxlanılaraq bu ilin sentyabrın 14-də Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana
gətiriliblər.

Bundan başqa, qeyd olunan tarixdə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin
müvafiq maddələrilə təqsirləndirilən və həmin dövlətin hüquq-mühafizə orqanları
tərəfindən dövlətlərarası axtarışa verilən Rusiya vətəndaşı Nazim Süleymanov bu
ilin iyun ayının 12-də ölkəmizdə müəyyən edilib.

Onun cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsi barədə Rusiya Baş
Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun
olaraq Azərbaycanın Baş Prokurorluğu tərəfindən təmin edildiyindən Ədliyyə
Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən
dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Source link