8846f188-1a2f-4ed6-add5-af83cfdfe28e..jpg

Azərbaycanın “AZCHEMCO” şirkəti İstanbulda keçirilən “Argus” konfransında öz layihələrini təqdim etdi – FOTO

Baxış sayı: 606 dəfə baxılıb.

Azərbaycanın “AZCHEMCO” şirkəti İstanbulda keçirilən “Argus” konfransında öz
layihələrini təqdim etdi – FOTO

Bu gün İstanbulda Xəzər, Qara dəniz və Şərqi Avropa bazarları üçün “Argus
Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” 5-ci yubiley
beynəlxalq konfransı işə başlayıb.

Bu barədə “Report” məlumat verib.

Məlumata görə, konfransın tərəfdaşları qismində “Quest Group”, “Indorama”, “IK
Group”, “Amanat Group”, “Altin Ates Group”, “Uzkimyoimpeks”, “Ferkensco”,
“Wondernet Express Investment Group”, “Kazphosphate”, “KazAzot”, “AZCHEMCO”,
“ADY Express”, “Everest Energy”, “CIM Banque” və “Integral Group” çıxış ediblər.

“AZCHEMCO” şirkətinin direktoru Ruslan Akçurin günün ikinci sessiyasındakı
çıxışında suda həll olunan və maye gübrələrin, aqrokimyəvi preparatların
istehsalı üzrə şirkətin plan və layihələrini, eləcə də şoran torpaqların
bərpası üzrə şirkətin metod və texnologiyalarını ictimaiyyətə təqdim edib. O,
şirkətin son zamanlar əldə etdiyi nailiyyətlər sırasında Azərbaycan Nazirlər
Kabinetinin qida məhsullarında kimyəvi izlərin olmasına qadağa haqqında
qərarının tələblərinə tam cavab verən “V32S” innovativ maye azot gübrəsinin
yaradılmasını və AZS 932:2023 “Gübrələr-Maye” birinci dövlət standartı birgə
layihəsinin yaradılmasını vurğulayıb.

Konfransda həmçinin “SOCAR”, “Dreymoor Fertilizers Overseas”, “KazMunayGas”,
“KAZPHOSPHATE”, “SGS” və bir çox başqa şirkətlər də iştirak edir.

“Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets”
regionda ən böyük beynəlxalq tədbirdir və əsas gübrə istehsalçılarını, ticarət
və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndəricilərini,
ixracatçıları, bank və maliyyə təşkilatlarını, aidiyyəti dövlət qurumlarının
geniş spektrini bir araya gətirir.

Source link