Azərbaycanın bədii gimnastika komandası Bakıdakı Dünya Kubokunda bürünc medal
qazanıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bədii gimnastika üzrə Azərbaycanın qrup hərəkətləri komandası Bakıda keçirilən
Dünya Kubokunda bürünc medal qazanıb.
“Report” xəbər verir ki, Zeynəb Hümmətova, Güllü Ağalarova, Kamilə Əliyeva,
Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət kollektiv beş
halqa ilə uğurlu çıxış edib.
Yığmamızın təqdim etdiyi proqram 36.100 xalla qiymətləndirilib. Yaponiya
birinci, İtaliya ikinci olub.
Qeyd edək ki, yığmamız Milli Gimnastika Arenasında təşkil olunan yarışda dünən
çoxnövçülükdə (beş halqa, üç lent, iki top) bürünc medala yiyələnib.
14:00
Bu gün Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulacaq.
Trend xəbər verir ki, yarışın üçüncü günündə idmançımız Zöhrə Ağamirova fərdi
yarışda iki növ proqramda iştirak edəcək. O, halqa və lentlə çıxışını nümayiş
etdirəcək.
Ötən gün çoxnövçülükdə bürünc medal qazanan qrup hərəkətləri komandası da iki
finalda mübarizə aparacaq. Zeynəb Hümmətova, Güllü Ağalarzadə, Kamilla Əliyeva,
Yelizaveta Luzan, Darya Sorokina və Ləman Əlimuradovadan ibarət komanda beş
halqa, həmçinin üç lent və iki top ilə çıxış edəcək.
Qeyd edək ki, yarışda 41 ölkəni təmsil edən 129 idmançı iştirak edir. Turnirə
aprelin 21-də yekun vurulacaq.