Azərbaycanın bəzi kəndlərində kirayə evlər kəskin bahalaşıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın bəzi rayonlarının kəndlərində kirayə evlərin qiyməti kəskin
bahalaşıb. Bir müddət əvvəl 150 manata kirayə verilən evlər indi 400 manata
təklif edilir.
Xezerxeber.az-ın məlumatına görə, artıq dörd ilə yaxındır ki, Qarabağda
sürətli quruculuq işləri görülür. İşğaldan azad olunmuş ərazilərdə bu müddət
ərzində xeyli tikinti işləri görülüb, minlərlə yeni iş yeri yaradılıb.
İş üçün həmin ərazilərə gedən insanlar da ən yaxın kəndlərdən kirayə ev
tuturlar. Tələbin çox olması isə qiymətləri iki-üç dəfə artırıb.
Bölgələrdə fəaliyyət göstərən rieltorlar deyiblər ki, kirayə verilən evlər
orta şəraitli kənd evləridir. Ailəli şəxslər üçün verilən evlərlə subaylara
verilən evlər arasında fərq var. Hətta evdə bir neçə nəfər qalırsa, əlavə şəxsə
görə də pul ödənir.
Rieltorların sözlərinə görə, tələbin çox olduğu ərazilər Füzulinin Horadiz və
Ağdamın Quzanlı qəsəbəsi, eləcə də Tərtərin Poladlı və Evoğlu kəndləridir.
Ətraflı süjetdə: