Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – şöbə müdiri Novruz Məmmədovun namizədliyi bu gün Milli Məclisdə müzakirə ediləcək.
Bu barədə ÇıxışYolu.Com-a Milli Məclisdəki mənbə məlumat verib.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan Respublikasının prezidenti İlham Əliyev aprelin 21-də Artur Rasi-zadənin uzun illər dövlət qulluğunda yüksək vəzifələrdə səmərəli fəaliyyət göstərdiyini qeyd edərək onun ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycanın inkişafı yolunda əzmlə çalışdığını bildirib.
Xatırladaq ki, aprelin 18-də Nazirlər Kabineti tam tərkibdə istefaya göndərilib.