50e8ea8e-10a1-4903-a4ca-36a6127561b0..jpg

Azərbaycanın beş boksçusu Avropa çempionatında medalı təmin etdi

Baxış sayı: 811 dəfə baxılıb.

Azərbaycanın beş boksçusu Avropa çempionatında medalı təmin etdi
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan millisinin 5 üzvü Monteneqronun Budva şəhərində keçirilən 22
yaşadək boksçular arasında Avropa çempionatında medalı təmin edib.

Cixisyolu.com xəbər verir ki, Marjona Savriyevadan (50 kq) sonra daha 4 boksçu
yarımfinala yüksəlməklə minimum bürünc mükafatı təmin edib.

Tural Sarıyev (48 kq) 1/4 finalda irlandiyalı Padraiq Dovneyi 5:0 (30:26,
30:27, 30:26, 30:27, 29:28) hesabı ilə məğlub edib. O, yarımfinalda Muşeq
Bayanduryanla (Rusiya) döyüşəcək.

Həmin raundda Fares Al-Assini (İtaliya) 5:0 (30:27, 30:27, 30:27, 30:25,
30:27) hesablı qələbə ilə mübarizədən kənarlaşdıran Avropa çempionu Nicat
Hüseynov (51 kq) finala gedən yolda türkiyəli Semih Gümüşlə münasibətinə
aydınlıq gətirəcək.

Əzrək Bəbirov (57 kq) 1/4 finalda irlandiyalı Pirs Keridən üstün olub – 5:0
(28:27, 29:26, 29:26, 29:26, 29:26). O, növbəti görüşündə Rafiq Əmirxanovla
(Rusiya) üz-üzə gələcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən Murad Allahverdiyev
(80 kq) Almaniya təmsilçisi Delil Dadayevə 4:1 (29:28, 29:28, 28:29, 29:28,
29:28) hesabı ilə qalib gəlib. Milli üzvü yarımfinalda fransalı Yojerlin
Sesarla gücünü yoxlayacaq.

Digər boksçulardan Ruslan Qədirov (54 kq) və Maqsud Xasmetov (60 kq) 1/4
finalda məğlubiyyətlə üzləşiblər.

Qeyd edək ki, yarımfinal görüşləri bu gün keçiriləcək.

Source link