“Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)
“Siqnal” İdarəsi tərəfindən yol hərəkətinin təşkilində tətbiq olunan texniki
nizamlama vasitələrinin nəzarətdə saxlanılması, istismar prosesində meydana
gələn problemlərin vaxtında aradan qaldırılması üçün zəruri tədbirlər görülür”.
Cixisyolu.com xəbər verir ki, bu barədə BDYPİ məlumat yayıb.
“İdarənin regional qurumları tərəfindən bu dəfə Lənkəran, Cəlilabad, Göyçay,
Şirvan və Mingəçevir şəhərlərində quraşdırılmış işıqfor obyektlərinə texniki
qulluq göstərilib, idarəedici qurğularda baş verən nasazlıqlar aradan
qaldırılıb.
“Diqqət, uşaqlar!” aylığı çərçivəsində təhsil müəssisələrinə yaxın küçə və
prospektlərdə quraşdırılmış işıqfor obyektlərinin iş rejimi yoxlanılıb,
qurğulara texniki qulluq göstərilib, sıradan çıxan hissələr yenisi ilə əvəz
olunub”.
xüsusi yoxlama aparılıb
Azərbaycanın beş şəhərində təhsil müəssisələri ətrafında xüsusi yoxlama
aparılıb