Azərbaycanın beş şahmatçısı FIDE reytinqində irəliləyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2024-cü ilin ilk reytinq siyahısını
açıqlayıb.
“Report” xəbər verir ki, Azərbaycanın beş şahmatçısı yanvar cədvəlində
irəliləyib.
Şəhriyar Məmmədyarov hesabındakı 2726 xalla iki pillə irəliləyərək, 24-cü yerə
yüksəlib. Teymur Rəcəbov (27-ci yer, 2723 xal) mövqeyində qalıb.
İlk 100-lükdəki digər şahmatçımız Rauf Məmmədov da irəliləyib. O, 2651 xalla
87-ci pilləyə yüksəlib. Nicat Abasov isə siyahını tərk edib.
Reytinqə son Dünya Kubokunun qalibi olan norveçli Maqnus Karlsen (2830)
başçılıq edir. İkinci pillədə ABŞ təmsilçisi Fabiano Karuana (2804) qərarlaşıb.
Bu ölkənin digər qrosmeysteri Hikaru Nakamura (2788) ilk üçlüyü qapayıb.
Qadın şahmatçılardan Günay Məmmədzadə (2449) 26-cı, Ülviyyə Fətəliyeva (2384)
64-cü pilləyə yüksəliblər. Gövhər Beydullayeva (2374) 77-ci yerdə qalıb. Gülnar
Məmmədova da (2351) 97-ci pilləyə irəliləyib. Xanım Balacayeva isə bir addım
geriləyib (99-cu yer, 2350 xal).
Xanım şahmatçıların reytinqində birinci yer Hou İfana (Çin, 2632) məxsusdur.
Hindistandan olan Xampi Koneru (2554) ikinci pilləyə yüksəlib. FIDE bayrağı
altında çıxış edən Aleksandra Qoryaçkina (2553) üçüncüdür.