aa917696-eea0-49f4-9e7d-d7a1cfcee7ef..jpg

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi

Baxış sayı: 674 dəfə baxılıb.

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Gürcüstanda ələ keçdi

Beynəlxalq axtarışa verilmiş şəxsin ölkəmizə ekstradisiyası təmin edilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, “Ekstradisiya haqqında”
13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının və “Mülki, ailə və cinayət
işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 22.01.1993-cü il
tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının
vətəndaşı Çingiz Akif oğlu Mahmudzadənin ekstradisiyası haqqında Baş
Prokurorluğun vəsatəti Gürcüstanın səlahiyyətli orqanları tərəfindən təmin
edilib.

Çingiz Mahmudzadənin xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq cinayət
əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində
təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib və
istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Ç.Mahmudzadə oktyabrın 5-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi
konvoyunun müşayiəti ilə Gürcüstandan ölkəmizə gətirilib.

Source link