Ölkəmizin bir nömrəli pivə brendi olan “Xırdalan” “Jara” festivalının pivə sponsorudur. Ölkə daxilində bir milyondan çox sadiq müştəriyə sahib olan “Xırdalan” laqeri 20 ildən çoxdur ki, istehlakçıları əla keyfiyyət və gözəl dad ilə sevindirir.
Pivə brendi həm də ölkəmizin qonaqları arasında da məşhurdur. Qeyd edək ki, “Xırdalan” pivəsinin may ayında təqdim edilmiş yeni çeşidi, artıq istehlakçıların rəğbətini qazanıb.
“Xırdalan” pivəsi “Carlsberg Group” şirkətinin bir hissəsi olan “Carlsberg Azerbaijan”ın qabaqcıl brendidir. 2018-ci ildə İngiltərədə keçirilən nüfuzlu “International Beer Challenge” müsabiqəsində “Xırdalan” qızıl medal qazanıb.
Qeyd edək ki, müsabiqədə 30-dan çox ölkədən yüzlərlə növ pivə təmsil edilib, münsiflər heyəti qismində isə məşhur pivə ekspertləri iştirak ediblər, bu səbəbdən belə bir müsabiqədə birinciliyə layiq görülmək əla keyfiyyətin və qüsursuz dadın sübutudur.
Bu ilin iyun ayında Belçikanın paytaxtı Brüsseldə keçirilən “International Taste Institute” müsabiqəsində “Xırdalan” əla keyfiyyəti sayəsində yüksək qiymət əldə edərək mümkün olan 90 baldan 85,5-ə layiq görülüb.
Bu il “Xırdalan” ilin ən möhtəşəm hadisələrindən biri olan “Jara 2019” beynəlxalq musiqi festivalının pivə sponsorudur. Qeyd edək ki, festival dörd gün davam edəcək və bu müddət ərzində sizi sevimli hitlər və “Xırdalan” brendindən çoxsaylı sürprizlər gözləyir.
“Xırdalan” sizi bu yayın əsas hadisəsində iştirak etməyə və istirahətdən zövq almağa dəvət edir. Xəzər dənizinin sahili, “Xırdalan”ın sevimli dadı və “Jara”nın məhşur ulduzları – bundan gözəl nə ola bilər?
“Carlsberg Azerbaijan” pivə zavodu Azərbaycanın paytaxtından on kilometr məsafədə Xırdalan şəhərində yerləşir. Zavodun istehsal gücü ildə on milyon dekalitr təşkil edir, şirkətdə təxminən 250 nəfər və 400-ə yaxın vasitəçi işləyir (distribütorlar, agentliklər, podratçılar). Zavodun inkişafında istifadə edilən investisiyaların ümumi həcmi 50 milyon manat təşkil edir. Şirkətin məhsul portfelinə “Xırdalan”, “Tuborg”, “Балтика 7”, “Балтика 0”, “Балтика 9”, “Baltika 4”, “Балтика КУЛЕР”, “Efsane”, “Carlsberg”, “Kronenbourg Blanc”, “Seth&Riley’s Garage” kimi məşhur brendlər daxildir.
“Carlsberg Group” 1847-ci ildə yaranaraq hazırda dünyanın ən böyük pivə istehsalçılarından biridir. Şirkətin baş qərargahı Danimarkanın paytaxtı Kopenhagen şəhərində yerləşir. “Carlsberg Group”un fabrikləri dünyanın üç nəhəng regionu olan Qərbi Avropa, Şərqi Avropa və Asiyanın onlarla ölkəsində təmsil edilib. Həmçinin, şirkətin istehsal etdiyi məhsullar 150 ölkədə mövcuddur. Şirkət portfelinə 140-dan çox pivə markası daxildir. Qrup işçilərinin ümumi sayı 42 000-dən çoxdur.
“Carlsberg Azerbaijan” ilə əlaqə:
“Carlsberg Azerbaijan” MMC-nin Korporativ ünsiyyətlər üzrə böyük mütəxəssisi Lalə Əfəndi:
Mob: +994 50 286 76 64
Lala.Afandi@carlsberg.az
www.carlsbergazerbaijan.az