Azərbaycanın bir qrup hərbçisi Türkiyəyə yola salınıb – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə
1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə keçirilən “EFES – 2024”
çoxmillətli təlimi davam edir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Ordusunun çoxmillətli təlimin döyüş atışlı praktiki
məşqlərinə cəlb edilən şəxsi heyəti Türkiyəyə yola salınıb.
“EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.