8e1c2e34-497a-4d9f-8643-725b664bb13d..jpg

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb – FOTO

Baxış sayı: 659 dəfə baxılıb.

Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin
təmsilçiləri ilə görüşüb – FOTO

Qoşulmama Hərəkatının sədri statusunda ölkəmizin BMT-dəki daimi nümayəndəsi
Yaşar Əliyev Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bakı Təşəbbüs Qrupunun sentyabrın 22-də BMT-nin
Nyu-Yorkdakı mənzil-qərargahında təşkil etdiyi “Dekolonizasiya: Sakit İnqilab”
Konfransının iştirakçıları olan bu şəxslər Fransa müstəmləkəçiliyinə qarşı
mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və
həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.

Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa
müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, həmçinin Melaneziya
Təşəbbüs Qrupunun katibi xüsusilə vurğulayıblar ki, təmsil etdikləri siyasi
partiyalar və hərəkatlar uzun illərdir Fransa müstəmləkəçiliyinə qarşı mübarizə
aparsalar da, BMT kimi nüfuzlu təşkilat çərçivəsində ilk dəfədir kolonizasiyaya
dair belə konfransda iştirak ediblər. İştirakçılar səslərinin artıq BMT
tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın
təşkilatçısı Bakı Təşəbbüs Qrupunun fəaliyyətini təqdir etdiklərini bildiriblər.

Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan Sakit və Atlantik Okeanı
regionunda yerləşən dənizaşırı ərazilərin təmsilçiləri rəsmi Parisin müasir
metodlarla həyata keçirtdiyi müstəmləkə siyasəti, habelə bu ərazilərin etnik
tərkibinin süni şəkildə dəyişdirilməsi üçün qeyri-qanuni immiqrasiya siyasəti
yürütdüyünü, əhalinin etnik tərkibinin süni dəyişdirilməsi üçün bir çox
ölkədən, xüsusilə Suriyadan insanların buraya köçürüldüyünü diqqətə çatdırıblar.

Görüşdə, həmçinin BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24)
fəaliyyəti, dənizaşırı ərazilərlə komitə arasında əməkdaşlığın qurulması
imkanları ətrafında fikir mübadiləsi aparılıb, C24-ün mütəmadi təşkil etdiyi
regional tədbirlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə diqqətin
artırılması, dənizaşırı ərazilərin problemlərinin dünya ictimaiyyətinə
çatdırılması üçün mümkün bütün platformalardan istifadənin zəruriliyi qeyd
olunub.

Source link