b1dd975a-829b-41c4-88d0-71bde6e9abd2..jpg

Azərbaycanın BMT nümayəndəliyi: “Fransaya beynəlxalq tərəfdaş və vasitəçi kimi etimad sıfıra bərabərdir”

Baxış sayı: 759 dəfə baxılıb.

Azərbaycanın BMT nümayəndəliyi: “Fransaya beynəlxalq tərəfdaş və vasitəçi kimi
etimad sıfıra bərabərdir”

Azərbaycan nümayəndə heyəti BMT-nin İnsan Haqları Şurasının oktyabrın 11-də
keçirilən 54-cü sessiyasında Fransanın bəyanatında cavab verib.

Cixisyolu.com xəbər verir ki, cavab bəyanatında qeyd olunub ki, Ermənistan mediasında
34 ölkənin birgə bəyanatı kimi təqdim edilmiş bəyanat əslində yalnız Fransa və
Ermənistan tərəfindən səsləndirilib.

Qeyd olunub ki, Azərbaycan nümayəndə heyətinin cavab bəyanatında Fransa
tərəfindən səsləndirilən əsassız iddialar rədd edilib və Fransanın Azərbaycanda
gedən siyasi proseslərə müdaxilə cəhdləri qınanılıb.

Nümayəndə heyəti bildirib ki, Fransanın beynəlxalq hüququn prinsiplərinə açıq
şəkildə məhəl qoymaması, Azərbaycan ərazilərinin işğalı dövründə suverenlik və
ərazi bütövlüyünə dəstəklə bağlı seçici yanaşması, 30 ilə yaxın bir müddətə
Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və 1 milyonda yaxın azərbaycanlı
qaçqın və məcburi köçkünün, o cümlədən Ermənistandan güc yolu ilə çıxarılmış
300 min azərbaycanlının geri qaytarılması istiqamətində tərəfsiz vasitəçi kimi
çıxış etməməsinə görə bu proseslərdə heç bir rolu yoxdur.

Əlavə olunub ki, Azərbaycan və region ölkələri sülh və təhlükəsizliyin
möhkəmləndirilməsi üzərində işləyir və Fransaya beynəlxalq tərəfdaş, vasitəçi
və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Azərbaycan tərəfindən etimad
sıfıra bərabərdir.

Bəyanatda BMT missiyasının iki dəfə Azərbaycanın Qarabağ bölgəsinə səfər
etdiyi və xəstəxanalar, məktəblər, evlər, mədəni və dini binalar da daxil
olmaqla Xankəndidəki heç bir mülki infrastruktura zərər qeydə almadığı
xatırladılıb. Qeyd olunub ki, missiya Azərbaycan hökumətinin səhiyyə
xidmətlərinin davam etdirilməsinə hazırlaşdığını görüb.

Azərbaycan nümayəndə heyəti bu müşahidələrin BMT-nin Qaçqınlar üzrə Ali
Komissarlığının Ermənistandakı nümayəndəliyi, həmçinin BQXK tərəfindən də
təsdiqləndiyini xatırladıb.

Bəyanatda vurğulanıb ki, Azərbaycan suveren ölkə olaraq öz suveren ərazisində
BMT institutları da daxil olmaqla bir sıra beynəlxalq aktorlarla birlikdə
effektiv əməkdaşlıq edir.

Source link