Azərbaycanın boks millisi Bolqarıstana yollanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın kişilərdən ibarət boks millisi Bolqarıstana yollanıb.
Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, baş məşqçi Pedro
Roke və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 4 üzvü Sofiyada
təlim-məşq toplanışına qatılıb.
Hazırlıqda Ümid Rüstəmov (57 kq), Malik Həsənov (63,5 kq), Nəbi İsgəndərov (71
kq) və Alfonso Dominges (92 kq) iştirak edirlər. Yığma Bolqarıstanda toplanışı
ev sahibləri və Rumıniya milliləri ilə birgə keçirir. Məşqlərdə sınaq
döyüşlərinin təşkili də nəzərdə tutulub.
Qeyd edək ki, hazırlıq prosesi noyabrın 10-dək davam edəcək.