4a86a89f-75a3-457d-b005-839e473bf4d1..jpg

Azərbaycanın boks yığması Dünya Kubokunu altı medalla başa vurub

Baxış sayı: 999 dəfə baxılıb.

Azərbaycanın boks yığması Dünya Kubokunu altı medalla başa vurub

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya Kubokuna yekun
vurulub.

Azərbaycan millisi 25 ölkədən 176 (58 qız, 118 oğlan) boksçunun qatıldığı
yarışı 1 gümüş və 5 bürünc medalla tamamlayıb.

Turnirin finalında Ömər Aslanlı (54 kq) meksikalı Andrey Bonilya ilə üz-üzə
gəlib. Rəqib qələbə qazandığından Azərbaycan təmsilçisi ikinci yeri tutub.

Beləliklə, yığmanın Budvada qazandığı medalların sayı 6-ya çatıb. Aslanlıdan
öncə Məhəmmədəli Aşurəliyev (57 kq), Ziya Həsənov (71 kq), Nərmin Əlizadə (50
kq), Aynur Mikayılova (52 kq) və Emili Rzayeva (66 kq) bürünc mükafata sahib
olublar.

Source link