Azərbaycanın çimərlik voleybolçuları beynəlxalq turnirdə dördüncü yeri tutublar
Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçirilən
“Bioderma Pro Beach Tour” açıq çempionatında dördüncü yeri tutublar.
Cixisyolu.com xəbər verir ki, Vadim Kutukov – Heydər Məmmədli cütlüyü 32 komanda
arasında təşkil olunan beynəlxalq turnirdə bu uğura nail olub.
Vüqar Bayramov – Ülvi Rəcəbli tandemi yarışın 1/4 final, Fidan Əhmədxanova –
Larisa Smeltsova cütlüyü isə 1/8 finalında mübarizəni dayandırıblar.
Azərbaycanın çimərlik voleybolçuları oktyabrın 3-də Türkiyənin digər şəhəri
Balıkesirə yola düşəcəklər. Onlar orada CEV Klublararası Avropa Kubokunda
(Beach Volley European Cup) qüvvələrini sınayacaqlar.