Azərbaycanın cüdo millisi Avropa Kubokunda dördüncü olub – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın cüdo yığması İtaliyanın Liqnano şəhərində gənclər arasında
keçirilmiş Avropa Kubokunda ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri
tutub.
Bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, idmançılarımız 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar.
Yarışın ikinci günündə Süleyman Şükürov (81 kq) gümüş medal qazanıb, Qədir
Hüseynov isə 7-ci yerə çıxıb. Əjdər Bağırov (100 kq) qızıl, Nihad Şıxəlizadə
(100 kq) bürünc medala sahib olublar. Ramazan Əhmədov (+100 kq) isə bürünc
mükafat əldə edib.