fbf8c66b-fa08-41dd-b30e-80a54d2a51f8..jpg

Azərbaycanın cüdo millisi beynəlxalq turnirdə rekord sayda qızıl medal qazanıb

Baxış sayı: 814 dəfə baxılıb.

Azərbaycanın cüdo millisi beynəlxalq turnirdə rekord sayda qızıl medal qazanıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Almaniyanın Bremen
şəhərində keçirilən beynəlxalq “Masters” turnirində rekord sayda qızıl medal
qazanaraq tarix yazıb.

Azərbaycan Cüdo Federasiyasından Cixisyolu.com-a bildiriblər ki, idmançılarımız dörd
qızıl və üç bürünc mükafat əldə edərək medal sıralamasında Yaponiyanı,
Özbəkistanı və Almaniyanı üstələyərək birinci sırada qərarlaşıblar.

Məhəmməd Musayev (66 kiloqram), Süleyman Əliyev (73 kiloqram), Aslan Kotsoyev
(90 kiloqram) və Kənan Nəsibov (100 kiloqram) bütün rəqiblərinə qalib gələrək
fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Babarəhim Mirzəyev (60 kiloqram), İslam Rəhimov (66 kiloqram) və Tuncay Şamil
(90 kiloqram) isə üçüncü yeri tutublar.

Xatırladaq ki, Azərbaycan cüdoçuları ötən il də Bremendə iki qızıl, bir gümüş
və bir bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda 1-ci yeri
tutmuşdular.

Qeyd edək ki, “Masters” turnirinin keçmiş qalibləri arasında Olimpiya
çempionları Teddi Riner, Takanori Naqase, Maşu Beyker və Aaron Vulf var.

Source link