Azərbaycanın daha beş güləşçisi hərbçilər arasında dünya çempionatında medal
qazanıb – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın daha beş güləşçisi Bakıda keçirilən hərbçilər arasında güləş üzrə
36-cı dünya çempionatında medal qazanıb.
Cixisyolu.com xəbər verir ki, bu gün mübarizəyə qoşulan yeddi təmsilçimizdən beşi
fəxri kürsüyə yüksəlib.
Ruzanna Məmmədova (59 kq) və Orxan Abbasov (79 kq) bütün rəqiblərinə qalib
gələrək çempion olublar. Ceyhun Allahverdiyev (61 kq) gümüş, Gültəkin Şirinova
(53 kq) və Fərid Cabbarov (86 kq) isə bürünc medala yiyələniblər.
Bu gün çıxış edən digər milli üzvlərindən Zəfər Əliyev (97 kq) və Rahid
Həmidli (125 kq) məşqçilər korpusunun etimadını doğrulda bilməyiblər.
Qeyd edək ki, Azərbaycan güləşçiləri mundialın ilk günündə 4 qızıl, 1 gümüş və
1 bürünc medal qazanıblar. Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan
Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) fəxri kürsünün ən yüksək pilləsinə
qalxıblar. Elnurə Məmmədova (50 kq) ikinci, Nərgiz Səmədova (55 kq) isə üçüncü
yeri tutub.
10:34
Bu gün Azərbaycanın daha yeddi güləşçisi Bakıda hərbçilər arasında keçirilən
güləş üzrə 36-cı dünya çempionatında çıxış edəcək.
“Report”un məlumatına görə, medallar uğrunda 5 kişi və 2 qadın təmsilçimiz
mübarizə aparacaq.
Məşqçilər korpusunun etimadını Ceyhun Allahverdiyev (61 kq), Orxan Abbasov (79
kq), Fərid Cabbarov (86 kq), Zəfər Əliyev (97 kq), Rahid Həmidli (125 kq),
Gültəkin Şirinova (53 kq) və Ruzanna Məmmədova (59 kq) doğrultmağa çalışacaqlar.